AZ

Zaqatalada beşmərtəbəli mehmanxanada yanğın: 17 nəfər təxliyə edildi

Zaqatala şəhərində beşmərtəbəli mehmanxanada yanğın olub.
 
Bu barədə Moderator.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
 
Bildirilib ki, ümumi sahəsi 3750 m² (hər mərtəbəsi 750 m²) olan beşmərtəbəli mehmanxana binasının zirzəmisində sahəsi 250 m² olan saunanın lambirdən ibarət tavanı 150 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 17 nəfər təhlükəsiz əraziyə təxliyə olunub və 1 nəfər tüstüdən zəhərlənib. Mehmanxana binası yanğından mühafizə olunub.
 
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
 
Seçilən
3
3
moderator.az

4Mənbələr