AZ

Rafael Fiziyev: "Məğlub oldum, amma geri dönəcəyəm"

Azərbaycanlı UFC döyüşçüsü Rafael Fiziyev Sidneydə keçirilən UFC 325 turnirindəki məğlubiyyəti ilə bağlı açıqlama verib.

BAKU.WS xəbər verir ki, Fiziyev sosial şəbəkədə paylaşdığı videoda məğlubiyyəti qəbul etdiyini, lakin geri çəkilmək niyyətində olmadığını bildirib.

"Möhkəm döyüldüm, amma bu mənim yolumdur. Mən döyüşçüyəm və mütləq geri qayıdacağam", – deyə o vurğulayıb.

Döyüşçü ona dəstək olan hər kəsə təşəkkür edərək, növbəti qarşılaşmalarda azarkeşləri qələbələrlə sevindirəcəyinə söz verib.

Qeyd edək ki, o, braziliyalı Maurisio Ruffi ilə döyüşdə ikinci raundda texniki nokautla uduzub.

Seçilən
29
far.az

1Mənbələr