AZ

“Kızılcık şerbeti” onun gedişi ilə ÇALXALANIR - İzləyicilər AYAĞA QALXDI - FOTO

Doğukan Güngörün test nəticəsinin pozitiv çıxmasından sonra “Kızılcık şerbeti” serialının heyətindən uzaqlaşdırılması və onun yerinə Emre Dinlerin gətirilməsi tamaşaçılar arasında ciddi narazılıq yaradıb.

Bizim.Media xəbər verir ki, yeni “Fatih”in performansı sosial mediada tənqid atəşinə tutulub.

Bir çox izləyici Emre Dinlerin performansını “qeyri-səmimi” və “obrazla uyğun olmayan” adlandırıb, bəziləri isə ümumiyyətlə aktyor dəyişikliyi yerinə obrazın ssenari daxilində başqa cür yekunlaşdırılmalı olduğunu bildirib.

İzləyici rəylərindən bəziləri belədir:

“Doğukandan başqa heç kim “Fatih”i oynaya bilməz!”

“Yəqin ki, yaxşı aktyordur, amma Doğukan Güngörə öyrəşmişdik”

““Temu”dan sifariş etdiyimiz “Fatih””

““Pembe” belə serialdan çıxdı, bu qədər təsir etmədi”

“Kaş “Fatih” obrazını öldürərdilər”
 

Xatırladaq ki, ötən mövsüm finalında “Kızılcık şerbeti” bir sıra səs-küylü ayrılıqlarla gündəmə gəlmişdi. Serialın əsas personajlarından olan “Pembe Ünal” (Sibel Taşcıoğlu) dramatik hadisələrdən sonra hekayədən çıxarılmış və bu ayrılıq uzun müddət müzakirə mövzusu olmuşdu. Bundan əlavə, Alev (Müjde Uzman), Umut (Serkan Tınmaz) və Doğa (Sıla Türkoğlu) kimi mühüm obrazların da layihəni tərk etməsi izləyicilərin serialdan uzaqlaşmasına səbəb olmuşdu.


Set daxilində yaşanan mübahisələrin də tez-tez gündəmə gəlməsi fonunda tamaşaçılar sosial mediada “Artıq bitsin”, “Yetərincə uzatdılar”, “Final etməlidir” kimi şərhlər yazmağa başlayıblar. (Musavat.com)


Bizim.Media

Seçilən
19
3
bizim.media

4Mənbələr