AZ

Ağsuda ağır yol qəzası baş verib, dörd nəfər xəsarət alıb

ain.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ağsuda ağır yol qəzası baş verib, dörd nəfər xəsarət alıb.

SİA-nın yerli bürosu xəbər verir ki, hadisə Ağsu-Bəhrəmtəpə yolunun rayonun Ərəbmehdibəy kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 4 nəfər - 30 yaşlı Ruslan Tağıyev, 34 yaşlı Amil Mollayev, 28 yaşlı İlkin Heybətov və hələlik şəxsiyyəti məlum olmayan şəxs müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Xəstəxanadan əldə olunan məlumata görə, xəsarət alan şəxslərdən birinin komada və reanimasiyada olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
10
sia.az

10Mənbələr