AZ

Tramp: “Qrenlandiya danışıqları başladı, razılaşma olacaq”

Bizim media saytına istinadən ain.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp Qrenlandiya danışıqlarının başladığını elan edərək bunun həm Vaşinqton, həm də Avropa üçün yaxşı bir razılaşma olacağına ümid etdiyini deyib.Bizim.Media xəbər verir ki, Tramp bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

 

"Danışıqlara başladıq. Ümid edirəm ki, bu, hər kəs üçün yaxşı bir razılaşma olacaq. Milli təhlükəsizlik baxımından bu, çox vacib bir razılaşmadır. Düşünürəm ki, razılaşma əldə edəcəyik", - Tramp deyib.

ABŞ prezidentinin sözlərinə görə, bir neçə məsələdə artıq razılaşma əldə edilib. O, hansı məsələdə razılıq əldə olunduğu haqda heç bir açıqlama verməyib./Apa.azBizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
11
bizim.media

10Mənbələr