AZ

Tramp İranla bağlı hansı qərarı verib?

“İranla məqbul bir məsələ üzərində razılığa gəlməyə ümid edirəm”.

“Cebheinfo.az” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.

İranla bağlı hansı qərarı verdiyi soruşulduqda, ABŞ Prezidenti cavab verə bilməyəcəyini bildirib.

"Amma bildiyiniz kimi, həmin istiqamətdə çox böyük və güclü gəmilərimiz var. Sizə deyə bilmərəm. Amma ümid edirəm ki, onlar məqbul bir şey üzərində razılığa gələcəklər", - deyə Tramp bildirib.

O, "nüvəsiz" bir razılaşmaya razılaşmağa hazır olduğunu, lakin Tehranın buna razı olub-olmayacağından əmin olmadığını bildirib.

"Amma onlar bizimlə danışırlar. Onlar bizimlə ciddi danışırlar", - deyə ABŞ Prezidenti bildirib.

Seçilən
25
cebheinfo.az

1Mənbələr