AZ

Mingəçevirdə avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var

Mingəçevirdə minik avtomobili kuryer motosikletçi ilə toqquşub.

"Unikal"ın məlumatına görə? hadisə gecə saatlarında Heydər Əliyev prospekti ilə M.Maqomayev küçəsinin kəsişməsində baş verib. "KİA" markalı avtomobil kuryerə məxsus motosikletlə toqquşub. Müxtəlif bədən xəsarətləri alan 2004-cü il  təvəllüdlü motosikletçi -kuryer Həsənli Rəvan Daşqın oğlu ətrafdakıların köməyi ilə  təcili xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma başlanıb.

Ehtiram Muradov

Seçilən
21
1
unikal.az

10Mənbələr