AZ

Münhendə avtobus binaya çırpıldı - 18 nəfər xəsarət aldı

BAKI, 1 fevral. TELEQRAF

Münhendə avtobusun binaya çırpılması nəticəsində 18 nəfər xəsarət alıb.

Teleqraf xəbər verir ki, hadisə Trudering rayonunda baş verib. Naməlum səbəblərdən sürücü idarəetməni itirib. Avtobus yoldan çıxıb və çəpərdən keçərək binanın fasadına və beton divara çırpılıb.

Yaralılar yaxınlıqdakı tibb müəssisələrinə yerləşdirilib.

Qəzanın baş vermə səbəbləri ilə bağlı araşdırma aparılır.

Seçilən
6
1
teleqraf.com

2Mənbələr