Misli Premyer Liqasında XVIII tura "Qarabağ" - "Turan Tovuz" matçı ilə yekun vurulacaq.

Offsideplus.az xəbər verir ki, görüş Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Ötən gün "Zirə" məğlub edən "Sabah" Ağdam təmsilçisi ilə xal fərqini 7-yə yüksəldib.

"Qarabağ"ın qələbə qazanmaq başqa yolu yoxdur.

"Turan Tovuz" isə qış fasiləsindən yaxşı qayıdıb. Onlar ötən tur "Sumqayıt"ı məğlub etməyi bacarıblar.

Oyun saat 18:30-da başlayacaq.

Misli Premyer Liqası, XVIII tur

1 fevral (bazar)

18:30. “Qarabağ” – “Turan Tovuz”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov

VAR: Rəşad Əhmədov

AVAR: Akif Əmirəli

Tofiq Bəhramov adına Respublika Stadionu