AZ

Kürdəmirədə “Prado” aşdı - 4 nəfər xəsarət aldı 

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az-ın Qafqazinfo-ya istinadən əldə etdiyi məlumata görə, qəza rayonun Atakişili kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan “Toyota Prado” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində 1985-ci il təvəllüdlü Pərvanə Əliyeva, 2007-ci il təvəllüdlü Aytən Xasıyeva, 1960-cı il təvəllüdlü Təranə Xəlilova və 1985-ci il təvəllüdlü Vüqar Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
21
7
manset.az

8Mənbələr