Ajans.az xəbər verir ki, İstanbul nəhənginin əsas oyunçularından olan Leroy Sane sıradan çıxıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Almaniya millisinin üzvü UEFA Çempionlar Liqası Liqa mərhələsinin 8-ci turunun "Mançester Siti" ilə matçında sağ ayaq topuğundan zədə alıb. 30 yaşlı vinger təxminən 2 həftə yaşıl meydanlardan uzaq qalacaq. Qeyd edək ki, Leroy Sane mövsümün əvvəlindən "Qalatasaray"da çıxış edir. Təcrübəli futbolçu "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 28 rəsmi matçda 6 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.