Qlobal kripto bazarında baş verən dalğalanmalar nəticəsində aparıcı rəqəmsal aktivlər ciddi dəyər itkisi ilə üzləşib. Metbuat.az xəbər verir ki, Bitcoin təxminən 8% ucuzlaşaraq 76 min dollar səviyyəsindən aşağı düşüb. Bazarda ikinci ən böyük kriptovalyuta olan Ethereum isə təxminən 13% dəyər itirərək 2 300 dolların altına enib. Eyni zamanda Solana da oxşar tendensiya nümayiş etdirərək təxminən 13% ucuzlaşıb və 100 dollar həddindən aşağı düşüb.Mütəxəssislərin məlumatına görə, yalnız son 4 saat ərzində kripto bazarında ümumilikdə 1 milyard dollar dəyərində long mövqelər likvidasiya edilib. Bu isə bazarda yüksək volatilliyin davam etdiyini göstərir.