Bu gün Azərbaycan Premyer Liqasında 18-ci tura yekun vurulacaq.
Publika.az xəbər verir ki, son gündə iki oyun baş tutacaq.
Öncə “Araz-Naxçıvan” “Neftçi”ni qəbul edəcək. Turun qapanış matçında “Qarabağ” “Turan Tovuz”la qarşılaşacaq.
Turun əvvəlki oyunlarında “Qəbələ” “İmişli”yə (3:2) qalib gəlib, “Karvan-Yevlax” “Sumqayıt”a (0:2), “Kəpəz” “Şamaxı”ya (0:2), “Zirə” “Sabah”a (1:3) uduzub.
Azərbaycan Premyer Liqası, 18-ci tur