Tovuz bıçaqlanma hadisəsi olub.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Düz Qırıxlı kəndində qeydə alınıb. Kənd sakini 1994-cü il təvəllüdlü E.Bağırov bıçaqlanma diaqnozu ilə xəstəxanaya çatdırılıb. 32 yaşlı kişiyə yardım edilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin törətməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü Yusib Kərimov saxlanılıb.
Xatırladaq ki hər iki şəxs Tovuz rayonun Düz Qırıxlı kənd sakinləridir. Hadisə isə kənd ərazisində fəaliyyət göstərən kafelərin birində baş verib. Hazırda fakta bağlı araşdırma aparılır.
Tural Əhmədov