Azərbaycanı MMA üzrə təmsil edən Rafael Fiziyev UFC-də keçirdiyi son döyüşdə qalib gələ bilməyib.
BAKU.WS xəbər verir ki, 32 yaşlı idmançı Avstraliyanın Sidney şəhərində təşkil olunan UFC 325 turniri çərçivəsində braziliyalı Maurisio Ruffi ilə qarşılaşıb.
Görüşün ikinci raundunda üstünlüyü ələ alan cənubi amerikalı döyüşçü Fiziyevi nokaut edərək qarşılaşmanı vaxtından əvvəl başa vurub.
Qeyd edək ki, bu nəticə Rafael Fiziyev üçün UFC karyerasında beşinci məğlubiyyət olub. Azərbaycanlı döyüşçünün aktivində hazırda 13 qələbə yer alır.