AZ

Benzema “Əl İttihad”dan ayrılacaq, oyunçu ilə “Beşiktaş” maraqlanır Konur

Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Əl-İttihad”ın hücumçusu Kərim Benzema qış transfer pəncərəsində klubdan ayrılacaq. Jurnalist Ekrem Konurun sosial media səhifəsində verdiyi məlumata görə, Türkiyənin “Beşiktaş” klubu hücumçu ilə maraqlanır.

Türkiyə klubu oyunçunun müqaviləsini ləğv etmək üçün “Əl-İttihad”a 3 milyon avro təklif etməyə hazırdır. Danışıqlar planlaşdırma mərhələsindədir. Benzemanın “Əl-İttihad”la hazırkı müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.

Daha əvvəl futbolçunun Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsini yeniləməkdən imtina etdiyi bildirilirdi.

Bu mövsüm Benzema “Əl-İttihad”da bütün yarışlarda 21 oyun keçirib və 16 qol vurub. Transfermarkt-ın məlumatına görə, onun transfer dəyəri 6 milyon avrodur.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
1
icma.az

2Mənbələr