Bakı. Trend:
Latviya Ticarət və Sənaye Palatası Azərbaycanlabiznes-delegasiyaları və qarşılıqlı səfərləri iqtisadi əməkdaşlığıninkişafı üçün effektiv və özünü doğrultmuş alət kimiqiymətləndirir.
Bu barədə Trend-ə müsahibəsində Latviya Ticarət və SənayePalatasının Aİ layihələri departamentinin direktoru Liqa Siçevabildirib.
Onun sözlərinə görə, LEF Network Azerbaijan layihəsiçərçivəsində yaxın vaxtlarda həyata keçirilmiş tədbirlərin müsbəttəcrübəsinə əsaslanaraq, Palata gələcək biznes missiyalarının vədelegasiyaların dəstəklənməsinə açıq qalır.
“Bu cür tədbirlər tərəfdaşlarla sıx əməkdaşlıq şəraitində vəkonkret biznes tələbatına əsaslanaraq planlaşdırılır ki, bu dasəfərlərin praktikliyini, məqsədyönlülüyünü və nəticəliliyini təminedir. Hər iki ölkədə biznesin dəstəklənməsi ilə məşğul olantəşkilatlar arasında dialoqun davam etdirilməsi gələcəkmübadilələrin ən актual format və vaxtlarınınmüəyyənləşdirilməsində mühüm rol oynayacaq”, – deyə departamentdirektoru qeyd edib.
L.Siçeva əlavə edib ki, gələcəyə baxaraq, Latviya Ticarət vəSənaye Palatası Latviya ilə Azərbaycan arasında işgüzar əlaqələrinmöhkəmləndirilməsinə və dərinləşdirilməsinə yönəlmiş biznesindəstəklənməsi layihələrinin həyata keçirilməsi imkanlarını fəalşəkildə araşdırır.
“Eyni zamanda, bu əməkdaşlığın Mərkəzi-Baltik regionundan olantərəfdaşların cəlb edilməsi hesabına daha geniş regional səviyyəyəçıxarılmasına maraq mövcuddur. Bu isə daha geniş şəbəkələrinformalaşmasına, bilik mübadiləsinə və uzunmüddətli iqtisadiqarşılıqlı fəaliyyəti dəstəkləyən daha dayanıqlı əməkdaşlıqformatlarının yaranmasına şərait yaradır”, – deyə o vurğulayıb.