AZ

TƏCİLİ: İranda partlayış - Ölənlər var

İran mətbuatında yer alan xəbərlərə görə, İranın cənubunda, Hörmüz boğazı yaxınlığında, Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərindəki Müəllim bulvarında səkkiz mərtəbəli binada partlayış baş verib.

Turkustan.az xəbər verir ki, Hormozgan əyalətindəki Böhranların İdarə Edilməsi üzrə Baş Direktor partlayış nəticəsində dörd nəfərin öldüyü və on nəfərin yaralandığı barədə iddiaların olduğunu, lakin hələlik bunu təsdiqləyə bilmədiklərini bildirib.

Hadisə yerinə çoxsaylı yanğınsöndürmə və axtarış-xilasetmə qrupları göndərilib.

Partlayışın səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Lakin İnqilab Keşikçilərinin yüksək rütbəli komandirinin hədəfə alındığı iddiaları təkzib edilib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
18
turkustan.az

1Mənbələr