AZ

Məşhur məşqçiyə xəbərdarlıq

“Hapoel Tel-Əviv” (İsrail) Avroliqanın müntəzəm mövsüm matçında “Bayern”ə 64-79 hesabı ilə uduzduqdan sonra klub rəhbərliyi təcili iclas keçirib.

Publika.az xəbər verir ki, bu barədə “Sport5.co.il” saytı məlumat yayıb.

Bu, İsrail klubunun Avroliqada ardıcıl ikinci məğlubiyyəti idi. Komandanın sahibi Ofer Yannai baş məşqçi Dimitris İtoudis də daxil olmaqla məşqçilər heyətinə və rəhbərliyə zəruri dəyişikliklər barədə xəbərdarlıq edərək əlavə edib ki, əgər daha çox geriləmə baş verərsə, bütün işçilərin statusu yenidən nəzərdən keçirilə bilər.

Seçilən
43
publika.az

1Mənbələr