AZ

"Kəpəz" "Şamaxı"ya UDUZDU

Ajans.az xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan matçda qonaqlar 2:0 hesablı qələbəyə seviniblər. "Şamaxı"nın heyətində Arsen Ağcabəyov (12) və Karim Rossi (45+1) fərqləniblər. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv xallarının sayını 24-ə çatdıraraq turnir cədvəlində 7-ci sıraya yüksəliblər. "Kəpəz" isə 12 xalla 11-ci pillədə yer alıb.

Qeyd edək ki, turun açılış matçında "Sumqayıt" "Karvan-Yevlax"a 2:0 hesabı ilə qalib gəlib. XVIII tura fevralın 1-də yekun vurulacaq.

Seçilən
30
7
Ajans.az

9Mənbələr