AZ

“Yüksəliş” müsabiqəsinin qalibləri üçün “Ədibin Evində Yüksəliş” silsilə görüşlərinin ilk sessiyası keçirilib (FOTO)

Bakı. Trend:

“Yüksəliş” müsabiqəsinin qaliblərinin fərdi inkişafı vədünyagörüşünün zənginləşdirilməsinə yönəlmiş təşəbbüslər 2026-cıilin birinci yarısında yeni məzmun xətti ilə genişləndirilir. Buçərçivədə “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunda “Ədibin EvindəYüksəliş” adlı silsilə görüşlər təşkil olunub.

Bu barədə Trend-ə Müsabiqənin İşçi Qrupundan məlumatverilib.

Silsilə görüşlərin əsas məqsədi Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyevin çıxışlarında qeyd etdiyi stratejiidarəetmədə azərbaycançılıq ideyasına, Azərbaycan mədəniyyətinintəşviqinə, milli-mənəvi dəyərlərin qorunmasına, eləcə də xüsusivurğuladığı Azərbaycan dilinin milli kimliyin, dövlətçilikdüşüncəsinin və strateji idarəetmənin əsas dayaqlarından biriolması fikrinin idarəçilər arasında daha dərindən təşviqedilməsidir. Bu kontekstdə ana dilinin ünsiyyət vasitəsi olmaqlayanaşı, milli ideologiyanın və intellektual məsuliyyətin daşıyıcısıkimi rolu diqqət mərkəzində saxlanılacaq.

Silsilə görüşlərin ilk sessiyasında PrezidentAdministrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm vədini məsələlər şöbəsinin müdiri, "Yüksəliş" müsabiqəsinin TəşkilatKomitəsinin sədri Fərəh Əliyeva, ADA Universitetinin rektoru HafizPaşayev, “Ədibin Evi”nin təsisçiləri filoloq-ədəbiyyatşünas,professor Ədibə Paşayeva və ədəbiyyatşünas alim, professor TəhsinMütəllimov, eləcə də gənclər və idman nazirinin müavini, "Yüksəliş"İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev iştirak ediblər.

Görüşün açılışını “Ədibin Evi”nin icraçı direktoru ŞəfəqMehrəliyeva edib, layihənin məqsədi və məzmunu barədə ətraflıməlumat verib. O qeyd edib ki, görüşlər çərçivəsində qonaq natiqlərqismində “Ədibin Evi”nin ekspertləri çıxış edəcək, ədəbiyyatın,dilin və milli-mənəvi irsin liderlik və idarəçilik təfəkkürünətəsiri elmi və praktik aspektlərdən təhlil olunacaq.

İlk görüş akademik Nizami Cəfərovun təqdimatında “Azərbaycandilinin ideoloji əsasları” mövzusuna həsr edilib. Görüşdə“Yüksəliş” müsabiqəsinin qalibləri və İşçi Qrupun üzvləri XX əsrAzərbaycan milli ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndəsi,yazıçı, alim və pedaqoq Mir Cəlalın Bakıdakı ilk ünvanı olan,İçərişəhərdə yerləşən “Ədibin Evi”ndə bir araya gəliblər.

Akademik mövzu ətrafında ətraflı çıxış edərək Azərbaycan dilinintarixi inkişaf yolu, ideoloji mahiyyəti və dövlətçilik baxımındanəhəmiyyəti barədə fikirlərini qaliblərlə bölüşüb.

Görüşün davamında qaliblərin ünvanladıqları suallarcavablandırılıb, müzakirələr interaktiv və maraqlı diskussiyaşəklində davam edib.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamlatəsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillikfərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğindəpul mükafatı əldə edirlər.

Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlıAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 10dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.

“Yüksəliş”
“Yüksəliş”
“Yüksəliş”
“Yüksəliş”
“Yüksəliş”
Seçilən
8
10
az.trend.az

10Mənbələr