AZ

Əri tərəfindən kəsici alətlə xəsarət yetirilənqadının vəziyyəti



Ağdam rayonunda əri tərəfindən kəsici alətlə xəsarət yetirilən qadının vəziyyəti açıqlanıb.

Medicina.az xəbər verir ki, Ağdam Rayon Mərkəzi Xəstəxanasından oxu.Az-a verilən məlumata görə, bu gün saat 10 radələrində bir nəfər (qadın cinsli) Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

1975-ci il təvəllüdlü şəxsə qapalı kəllə-beyin travması, başın və bədənin müxtəlif nahiyələrinin çapılmış, kəsilmiş yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyəti orta ağır qiymətləndirilən pasiyentin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.

medicina.az


Seçilən
20
2
medicina.az

3Mənbələr