AZ

Xalq artisti dekolteli geyimi və rəqsi ilə MÜZAKİRƏ YARATDI VİDEO

ain.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Xalq artisti Röya Ayxan qatıldığı toy mərasimində gecənin ən çox diqqət çəkən simasına çevrilib.

Milli.Az xəbər verir ki, pop ulduzu toyda seçdiyi sinə dekolteli səhnə geyimi və enerjili çıxışı ilə qonaqların marağını üzərinə çəkib.

Röyanın səhnədəki performansından çəkilən görüntülər qısa zamanda sosial şəbəkələrdə yayılıb. Videolar müxtəlif reaksiyalar doğuraraq geniş müzakirələrə səbəb olub. Bəzi izləyicilər onun səhnə enerjisini və özgüvənini yüksək qiymətləndirib, digərləri isə geyim seçimi ətrafında fikir mübadiləsi aparıblar.

Hər zamankı kimi Röya Ayxan bu çıxışı ilə də şou-biznes gündəmində yer almağı bacarıb.

Musa

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
44
50
news.milli.az

10Mənbələr