AZ

Ölkədə əhalinin bank əmanətləri artıb

Bu ilin yanvarın 1-nə Azərbaycan banklarının depozit portfeli 41 milyard 726,3 milyon manat təşkil edib.

Publika.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3,6 % az, 2025-ci ilin yanvarın 1-i ilə müqayisədə isə 3,6 % çoxdur.

Bunun 50,4 %-i, yaxud 21 milyard 032,9 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 6,7 % azdır.

İl ərzində ev təsərrüfatlarının əmanətləri 14,4 % artaraq 16 milyard 772,4 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 27,5 % artaraq 3 milyard 921 milyon manata çatıb.

Seçilən
33
10
publika.az

10Mənbələr