BAKI, TurkicWorld
Bu il yanvarın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların qeyri-faiz gəlirlərinin məbləği açıqlanıb.
TurkicWorld bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, qeyri-faiz gəlirlərinin məbləği ən yüksək olan bank “Kapital Bank” olub. Bankın faiz gəlirlərinin məbləği 701,592 milyon manat təşkil edib.
İkinci sırada 451,506 milyon manat qeyri-faiz gəlirləri ilə Azərbaycan Beynəlxalq Bankı (ABB) dayanıb. Siyahının üçüncü pilləsində isə 265,912 milyon manat qeyri-faiz gəlirləri ilə "PAŞA Bank" qərarlaşıb.
Qeyri-faiz gəlirlərinin həcmi ən az olan bank isə “Bank Melli İran” bankının Bakı filialı olub. Bankın qeyri-faiz gəlirlərinin həcmi 0,268 milyon manat təşkil edib.
| № | Banklar | Bankın qeyri-faiz gəlirləri (milyon manat) |
| 1 | Kapital Bank | 701,592 |
| 2 | International Bank of Azerbaijan | 451,506 |
| 3 | PASHA Bank | 265,912 |
| 4 | Unibank | 146,290 |
| 5 | Xalq Bank | 52,337 |
| 6 | Rabitabank | 48,561 |
| 7 | Bank Respublika | 40,240 |
| 8 | Azer-Turk Bank | 38,329 |
| 9 | Yapi Credi Bank Azerbaijan | 28,699 |
| 10 | Ziraat Bank Azerbaijan | 25,532 |
| 11 | Turan Bank | 24,015 |
| 12 | Bank of Baku | 21,135 |
| 13 | Yelo Bank | 20,320 |
| 14 | Express Bank | 18,996 |
| 15 | Access Bank | 18,546 |
| 16 | Premium Bank | 16,716 |
| 17 | Azerbaijan Industry Bank | 16,195 |
| 18 | Bank VTB Azerbaijan | 14,896 |
| 19 | AFB Bank | 9,838 |
| 20 | Bank BTB | 7,274 |
| 21 | Bank Eurasia | 3,088 |
| 22 | Bank Melli Iran-Baku | 0,268 |