Barselona”nın prezidenti Joan Laporta komandanın Çempionlar Liqasındakı ümumi oyunundan məmnun olduğunu bildirib.
Publika.az xəbər verir ki, katalonlar son turda “Kopenhagen”i məğlub edərək (4:1) 5-ci yeri tutdular və birbaşa 1/8 finala yüksəldilər.
“Biz effektiv oynamalı idik və bunu etdik, pley-offa beşinci yerdən vəsiqə qazandıq. Məqsədimiz də məhz bu idi və ilk səkkizlikdə qərarlaşdıq. Flik bundan xüsusilə məmnundur, çünki indi o, mövsümün ikinci yarısını daha rahatlıqla planlaşdıra bilər.