Bakı. Trend:
Bu il yanvarın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklarınqeyri-faiz gəlirlərinin məbləği açıqlanıb.
Trend bubarədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, qeyri-faiz gəlirlərinin məbləği ən yüksək olanbank “Kapital Bank” olub. Bankın faiz gəlirlərinin məbləği 701,592milyon manat təşkil edib.
İkinci sırada 451,506 milyon manat qeyri-faiz gəlirləri iləAzərbaycan Beynəlxalq Bankı (ABB) dayanıb. Siyahının üçüncüpilləsində isə 265,912 milyon manat qeyri-faiz gəlirləri ilə "PAŞABank" qərarlaşıb.
Qeyri-faiz gəlirlərinin həcmi ən az olan bank isə “Bank Melliİran” bankının Bakı filialı olub. Bankın qeyri-faiz gəlirlərininhəcmi 0,268 milyon manat təşkil edib.
№ | Banklar | Bankın qeyri-faiz gəlirləri (milyon manat) |
1 | Kapital Bank | 701,592 |
2 | International Bank of Azerbaijan | 451,506 |
3 | PASHA Bank | 265,912 |
4 | Unibank | 146,290 |
5 | Xalq Bank | 52,337 |
6 | Rabitabank | 48,561 |
7 | Bank Respublika | 40,240 |
8 | Azer-Turk Bank | 38,329 |
9 | Yapi Credi Bank Azerbaijan | 28,699 |
10 | Ziraat Bank Azerbaijan | 25,532 |
11 | Turan Bank | 24,015 |
12 | Bank of Baku | 21,135 |
13 | Yelo Bank | 20,320 |
14 | Express Bank | 18,996 |
15 | Access Bank | 18,546 |
16 | Premium Bank | 16,716 |
17 | Azerbaijan Industry Bank | 16,195 |
18 | Bank VTB Azerbaijan | 14,896 |
19 | AFB Bank | 9,838 |
20 | Bank BTB | 7,274 |
21 | Bank Eurasia | 3,088 |
22 | Bank Melli Iran-Baku | 0,268 |