AZ

Tramp Ağ Evdə keçiriləcək UFC turnirinin bəzi təfərrüatlarını bölüşüb

Bakı. Trend:

ABŞ-nin Prezidenti Donald Tramp bu ilin yay aylarında Ağ Evdətəşkil olunacaq Mütləq Döyüşçü Çempionatının (UFC) hazırlıqları iləbağlı bəzi təfərrüatları açıqlayıb.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

“Biz həqiqətən inanılmaz bir tədbir təşkil etməyiplanlaşdırırıq. Bu, ABŞ-nin 250 illiyi ilə bağlı olacaq. Bildiyinizkimi, UFC Ağ Evə gəlir. Onlar sözün əsl mənasında stadion inşaedirlər. 100 mindən çox tamaşaçımız olacaq”, – deyə Trampbildirib.

Xatırladaq ki, Tramp iyulun 4-də Ayova ştatında keçirilənmitinqdə Ağ Evdə UFC çempionluq döyüşünün baş tutacağını elanetmişdi. Bu mötəbər idman turnirinin 2026-cı ildə ABŞ-da qeydolunacaq İstiqlal Bəyannaməsinin imzalanmasının 250 illiyinə həsrolunan America 250 adlı geniş yubiley proqramına daxil edilməsinəzərdə tutulur.

Məqalədə:
Seçilən
17
2
az.trend.az

3Mənbələr