“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes xidmətlərini “Real”a təklif edib.
Publika.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. Lakin Madrid klubu təklifi rədd edib. Bruno Fernandeşin “Mançester Yunayted”lə müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.
Nüfuzlu “Transfermarkt” portalı 31 yaşlı portuqaliyalını 40 milyon avroya qiymətləndirir. Fernandes 2025/2026 mövsümündə 22 rəsmi oyunda iştirak edib, 5 qol vurub və 11 məhsuldar ötürmə edib.