Bakı. Trend:
Bu il yanvarın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklarınqeyri-faiz xərclərinin məbləği açıqlanıb.
Trend bubarədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, qeyri-faiz xərclərinin məbləği ən yüksək olanbank “Kapital Bank” olub. Bankın qeyri-faiz xərclərinin məbləği987,012 milyon manat təşkil edib.
İkinci sırada 627,452 milyon manat qeyri-faiz xərcləri iləAzərbaycan Beynəlxalq Bankı (ABB) dayanıb. Siyahının üçüncüpilləsində isə 360,072 milyon manat qeyri-faiz xərcləri ilə "PAŞABank" qərarlaşıb.
Qeyri-faiz xərclərinin həcmi ən az olan bank isə “Bank MelliIran-Baku” olub. Bankın qeyri-faiz xərclərinin həcmi 2,077 milyonmanat təşkil edib.
№ | Banklar | Bankın qeyri-faiz xərcləri (milyon manat) |
1 | Kapital Bank | 987,012 |
2 | International Bank of Azerbaijan | 627,452 |
3 | PASHA Bank | 360,072 |
4 | Unibank | 219,462 |
5 | Bank Respublika | 127,688 |
6 | Xalq Bank | 115,097 |
7 | Rabitabank | 100,558 |
8 | Access Bank | 98,178 |
9 | Yelo Bank | 91,317 |
10 | Bank of Baku | 86,502 |
11 | Azer-Turk Bank | 78,329 |
12 | Express Bank | 53,136 |
13 | Yapi Credi Bank Azerbaijan | 46,803 |
14 | Turan Bank | 44,018 |
15 | Bank VTB Azerbaijan | 34,148 |
16 | Ziraat Bank Azerbaijan | 29,273 |
17 | Premium Bank | 28,678 |
18 | Azerbaijan Industry Bank | 26,161 |
19 | AFB Bank | 25,782 |
20 | Bank BTB | 15,585 |
21 | Bank Eurasia | 10,484 |
22 | Bank Melli Iran-Baku | 2,077 |