AZ

Paris klubu İmmobileni transfer etməyə yaxındır

"Bolonya"nın hücumçusu Çiro İmmobile jaryerasını Fransada davam etdirməyə yaxındır. 

Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Məlumata görə, onun xidmətində "Paris" maraqlıdır. Mənbə tərəflərin razılığa gəlmək üzrə olduqlarını vurğulayıb. 

İmmobile cari mövsüm bütün turnirlərdə 9 oyunda forma şansı qazansa da, qol vurmağı bacarmayıb.

35 yaşlı futbolçunun "Bolonya" ilə müqaviləsinin müddəti bu ilin yayınadək nəzərdə tutulub. "Transfermarkt" portalı onun transfer qiymətini 2 milyon avro ilə dəyərləndirir.

Nihat

Seçilən
5
fanat.az

1Mənbələr