AZ

Bakalavr və magistratura ləğv olunur

Rusiyanın ali təhsil sistemində Boloniya prosesindən çıxış mərhələsi başlayır.

"Cebheinfo.az" xəbər verir ki, Elm və Ali Təhsil Nazirliyinin açıqlamasına görə, sentyabrın 1-dən etibarən bakalavr və magistratura proqramları mərhələli şəkildə ləğv ediləcək və onları yeni bir ali təhsil modeli əvəz edəcək.

Yeni sistem iki əsas mərhələdən ibarət olacaq:

Baza ali təhsil proqramları: 4 ildən 6 ilədək davam edəcək. İxtisaslaşmış ali təhsil: 1 ildən 3 ilədək sürəcək və peşəkar, idarəetmə və ya tədqiqat yönümlü sahələrə bölünəcək. Bundan əlavə, doktorantura təhsili universitet sistemindən ayrılaraq müstəqil bir peşəkar təhsil pilləsinə çevriləcək.

Nazirlik bildirib ki, sentyabrın 1-dən etibarən ölkənin aparıcı universitetləri yeni modelə keçməyə başlayacaq, 2027–2028-ci tədris ilində isə bütün universitetlərdə "kütləvi keçid" tamamlanacaq.

Rəsmilər hazırda təhsil alan tələbələrin bu prosesdən mənfi təsirlənməyəcəyini vurğulayırlar.Dövlət Dumasının Təhsil Komitəsinin sədr müavini Kseniya Qoryaçevanın sözlərinə görə, ixtisaslaşmış ali təhsil magistraturanın yenilənmiş formatı olacaq.

Həmçinin, baza proqramlarını bitirənlərə yenidən dövlət sifarişli (ödənişsiz) yerlərə müraciət etmək hüququ veriləcək.

İslahat çərçivəsində N.E.Bauman adına Moskva Dövlət Texniki Universiteti, MFTİ, Piroqov Universiteti, Moskva Şəhər Pedaqoji Universiteti, RUT MIIT və bəzi federal universitetlər yeni sistemə ilk keçənlər sırasında olacaq.

Rusiya Boloniya sistemindən çıxmaq qərarını Ukraynadakı xüsusi hərbi əməliyyatdan sonra qəbul edib.Rəsmilər yeni modelin milli iqtisadiyyatın ehtiyaclarına daha uyğun olduğunu müdafiə edirlər.

Seçilən
33
cebheinfo.az

1Mənbələr