AZ

Azərbaycanda ticarət və xidmət sektoruna kredit qoyuluşları artıb

Bakı. Trend:

Bu ilin yanvarın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar vəqeyri-banklar tərəfindən ticarət və xidmət sektoruna qoyulmuşkreditlərin həcmi 4,413 milyard manata çatıb.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldə edib.

Məlumata görə, bu göstərici aylıq müqayisədə 118,8 milyon manatvə ya 2,8%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 261,2 milyonmanat və ya 6,3% çoxdur.

Qeyd edək ki, ümumilikdə bu ilin yanvarın 1-nə Azərbaycanda realsektora kredit qoyuluşu üzrə kredit portfeli 32,471 milyard manattəşkil edib.

Bu da aylıq müqayisədə 462,5 milyon manat və ya 1,4%, 2024-cüilin eyni dövründəki göstərici ilə müqayisədə isə 2,7 milyard manatvə ya 9,2% artım deməkdir.

Məqalədə:
Seçilən
62
2
az.trend.az

10Mənbələr