AZ

“QHT”lər siyasi fəaliyyətlə məşğul olmaq istəyirlərsə... - RƏSMİ AÇIQLAMA

Məhdudlaşdırılan yeganə şey ölkəmizdə siyasi fəaliyyətin xarici maliyyələşdirmə ilə həyata keçirilə bilməməsidir, qeyri-hökumət təşkilatları üçün yeganə məşğulluq sahəsi siyasi fəaliyyətdirmi? Əgər “QHT”lər siyasi fəaliyyətlə məşğul olmaq istəyirlərsə, bunu xarici qüvvələrin deyil, gürüc ictimaiyyətinin dəstəyi ilə etməlidirlər, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

Bu barədə QHT.az 1tv.ge-yə istinadən xəbər verir.  

Onun dediyinə görə, gürcü xalqının dəstəyi olmadığı üçün xaricdən maliyyələşdirmə alırlar.

“Gürcü xalqının dəstəyi olmadığı üçün, gedib xaricdən pul alırlar, biz heç kimi məhdudlaşdırmırıq. Xarici maliyyələşdirmə o deməkdir ki, siyasi cəhətdən aktiv olmaq istəyən hər bir şəxs bütün sağlam dövlətlərdə olduğu kimi, ölkə daxilində dəstəyə sahib olmalı və bunun üçün resurslar tapmalıdır. Biz sağlam dövlət olmaq istəyirik və qəbul edilən qanunlar bu məqsədə xidmət edir”, – deyə Baş nazir bildirib.

Seçilən
24
qht.az

1Mənbələr