ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İran hakimiyyəti ilk dəfə olaraq ölkə miqyasında etirazların son zamanlar boğulması zamanı saxlanılanlar arasında yetkinlik yaşına çatmayanların olduğunu etiraf edib.
Bizimyol.info xəbər verir ki, bu barədə "The New York Times" qəzeti İran parlamentinin üzvlərinin açıqlamalarına istinadən məlumat yayıb.
Parlamentin təhsil komitəsinin sədr müavini Fərşad İbrahimpur yarı-rəsmi İran Əmək Xəbər Agentliyinə bildirib ki, 18 yaşdan kiçik "bir sıra" tələbə saxlanılıb. Lakin o, onların dəqiq sayını və ya həbs müddətini açıqlamayıb.
"The New York Times"ın istinad etdiyi insan haqları təşkilatlarına görə, son həftələrdə ən azı 300 uşaq və yeniyetmə həbs olunub.
Bir müddət əvvəl İranın Milli Təhlükəsizlik Şurası etirazlar zamanı 3117 nəfərin öldüyünü bildirmişdi. Bu arada, müxalifətə bağlı "Iran International" veb saytı ölənlərin sayının 36 mindən çox olduğunu təxmin edir.
Qadir, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.