AZ

Kapital Bankın faiz siyasəti narazılıq doğurub: Ekspert müştəri hüquqlarının pozulduğunu deyir...

İqtisadçı ekspert Samir Əliyev Kapital Bankın kredit kartları üzrə tətbiq etdiyi faiz mexanizmini sərt tənqid edib...

Ekspert sosial şəbəkə paylaşımında bank sektorunda istehlakçı hüquqlarının kütləvi şəkildə pozulduğunu bildirib.

Onun sözlərinə görə, Kapital Bank kredit kartları üzrə borcun silinməsi zamanı müştərinin əleyhinə olan prioritet mexanizm tətbiq edir. Samir Əliyev qeyd edib ki, karta yatırılan vəsait ilk növbədə güzəştli borcun bağlanmasına yönəldilir, gündəlik 35% illik faiz hesablanan güzəştsiz borc isə saxlanılır.

Ekspertin paylaşımında bildirilir ki, 400 manatlıq köçürməyə görə komissiya və faizlər tutulsa da, sonradan karta yatırılan 960 manatdan cəmi 130 manatı güzəştsiz borca silinib, qalan məbləğ isə faiz hesablanmağa davam edib.

Samir Əliyev bu yanaşmanı “müştərinin maliyyə savadsızlığından istifadə” kimi qiymətləndirərək, Mərkəzi Bankı bankların faiz siyasətinə nəzarəti gücləndirməyə çağırıb. O vurğulayıb ki, bu cür mexanizmlər banklara gündəlik böyük gəlirlər qazandırsa da, əsas zərəri əhali görür.

Ekspert ümid etdiyini bildirib ki, tənzimləyici qurumlar bankların deyil, istehlakçılaİqtisadçı ekspert Samir Əliyev bank sektorunda istehlakçı hüquqlarının pozulması ilə bağlı Kapital Bankın kredit kartları üzrə faiz siyasətini sərt tənqid edib. Ekspert sosial şəbəkə hesabında paylaşdığı geniş açıqlamada bildirib ki, hazırda əhalinin hüquqlarının kütləvi şəkildə pozulduğu sahələrdən biri məhz bank sektorudur.
Samir Əliyevin sözlərinə görə, banklar əhalinin maliyyə savadsızlığından və mürəkkəb mexanizmlərdən istifadə edərək müştəriləri yüksək faiz yükü altına salır və bu yolla külli miqdarda gəlir əldə edirlər. Nəticədə bankdan nisbətən kiçik məbləğdə vəsait götürən müştəri həmin məbləğ üçün “bağırsaq kimi uzanan” faizlər ödəməyə məcbur qalır.

Ekspert vurğulayıb ki, təəssüf doğuran məqamlardan biri də Mərkəzi Bankın istehlakçı hüquqlarının qorunması sahəsində hələ də effektiv mexanizm ortaya qoya bilməməsidir.

Samir Əliyev paylaşımında ölkənin ikinci ən böyük bankı olan Kapital Bankın borcun silinməsi mexanizmi ilə bağlı konkret nümunə də təqdim edib. Bildirib ki, özü 1000 manat kredit limiti olan Kapital Bank kartının istifadəçisidir.

Onun sözlərinə görə, kredit kart istifadəçilərinə məlumdur ki, kartla mal və xidmətlər üçün edilən ödənişlər müəyyən müddət ərzində (30–45 gün) güzəştli statusa malik olur. Lakin nağdlaşdırma və ya başqa karta köçürmə (card to card) əməliyyatları zamanı gündəlik faiz hesablanır. Samir Əliyev qeyd edib ki, Kapital Bank bu cür əməliyyatlara illik 35% faiz tətbiq edir ki, bu da ölkə üzrə orta faiz dərəcəsindən təxminən 3 dəfə yüksəkdir.

Ekspertin bildirdiyinə görə, təxminən 12 gün əvvəl kartdan digər karta 400 manat köçürüb və bank bu əməliyyat üçün 1,5% komissiya (6 manat) tutub. Nəticədə kartdan ümumilikdə 406 manat çıxılıb və bu məbləğə faiz hesablanmağa başlayıb.

Samir Əliyev bildirib ki, həmin vaxt 1000 manatlıq kredit limitinin təxminən 400 manatı güzəştli, 406 manatı isə güzəştsiz vəsait olub və kartda əlavə olaraq 200 manata yaxın vəsait qalıb. Beləliklə, onun karta olan ümumi borcu 806 manat təşkil edib.

Ekspert qeyd edib ki, 10 gün ərzində hissə-hissə olmaqla karta 960 manatdan çox vəsait yatırmasına baxmayaraq, sonradan məlum olub ki, onun 282 manat güzəştsiz borcu qalır və bu məbləğə illik 35% olmaqla gündəlik faiz hesablanır.

Samir Əliyev əvvəlcə düşündüyünü bildirib ki, borc xərclənmə tarixi üzrə bağlanacaq – yəni əvvəlcə 400 manat, sonra isə 406 manat faizlə birlikdə silinəcək. Lakin bank karta yatırılan 960 manatın cəmi 130 manatını güzəştsiz borca yönəldib, qalan hissə isə güzəştli borcun bağlanmasına istifadə olunub.

Ekspert bu yanaşmanı “insafsız faiz mexanizmi” adlandırıb.

Samir Əliyev bildirib ki, məsələ ilə bağlı bankla əlaqə saxlayıb, lakin verilən izahlar bankın öz maraqlarına uyğun olub. Onun sözlərinə görə, bank borcun ödənilməsi zamanı prioriteti güzəştli vəsaitlərə verir, gündəlik faiz qazandıran borcu isə sonrakı mərhələyə saxlayır.

Ekspert qeyd edib ki, müştəri terminallar vasitəsilə pul yatırır, bank isə həmin vəsaiti özünə daha çox qazanc gətirən istiqamətə yönəldir.

Samir Əliyevin fikrincə, hazırda hər bank öz maraqlarına uyğun faiz siyasəti yürüdür və müqavilələri də elə tərtib edir ki, istənilən halda özünü haqlı çıxara bilsin. O vurğulayıb ki, bu vəziyyətdə əsas zərəri müştərilər görür.

Ekspert bildirib ki, ayrı-ayrı müştərilər üçün gündəlik 15–20 qəpik faiz diqqət çəkməyə bilər, lakin yüz minlərlə müştərisi olan banklar üçün bu, gündəlik böyük qazanc deməkdir.

Samir Əliyev sonda Mərkəzi Bankı bankların faiz tətbiqinə nəzarəti gücləndirməyə çağıraraq, tənzimləyici qurumun bankların deyil, əhalinin maraqlarından çıxış etməli olduğunu vurğulayıb.

Poliqon.info

Seçilən
18
poliqon.info

1Mənbələr