AZ

Bina tikintisi ilə məşğul olan şəxslərlə görüş keçirili

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) ölkədə bina tikintisi fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin nümayəndələri ilə görüş keçirib. Görüş tikinti sektorunda vergitutmanın xüsusiyyətləri və sahə üzrə şəffaflığın artırılması məsələlərinə həsr olunub.

Görüşdə çıxış edən Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov bina tikintisi ilə məşğul olan vergi ödəyicilərinin vergiyə cəlb olunması xüsusiyyətləri barədə məlumat verib. Nicat İmanov torpaqların alınmasına çəkilən xərclərin gəlirdən çıxılması, mənfəət vergisi rejiminin mühasibat uçotu standartlarına uyğunlaşdırılması kimi məsələləri qeyd edərək mövcud qanunvericiliyin daha çox stimullaşdırıcı xarakter daşıdığını vurğulayıb.

Eyni zamanda, görüş iştirakçılarına bu səhədəqanunvericiliyə edilmiş dəyişikliklər barədə təqdimat nümayiş etdirilib.

Tədbir interaktiv formatda davam edib, tikinti şirkətlərinin rəhbərləri və maliyyə mütəxəssisləri tərəfindən qaldırılan aktual suallar cavablandırılıb, gələcəkdə belə görüşlərin davam etdirilməsinin zəruriliyi diqqətə çatdırılıb.

Seçilən
14
1
vergiler.az

2Mənbələr