Ermənistan və Qazaxıstan yeməkləri dünyanın ən dadsız mətbəxləri arasında yer alıb.
Ölkə.az bizim.media-ya istinadən xəbər verir ki, bu barədə "World Population Review" nəşri məlumat verib.
Reytinqdə ümumilikdə 99 ölkə təmsil olunur. Qazaxıstan və Ermənistanın hər biri 3.9 bal toplayaraq, 92-ci və 93-cü yerlərdə qərarlaşıb. Yunanıstan 4.6 bal, İtaliya 4.59 bal və Meksika 4.52 bal toplayıb.
İlk onluq 2024-cü ildən bəri, demək olar ki, dəyişməz qalıb. İlk onluğa İtaliya, Meksika, Türkiyə, İspaniya, Portuqaliya, İndoneziya, Fransa, Yaponiya və Çin daxildir. Lakin Yunanıstan birinci yeri tutub. Məhz bu ölkələrin mətbəxləri 2025-ci ildə ən yüksək qiymətlər alıblar.
Reytinq tərtibçilərinin məlumatına görə, dadsız yeməkləri olan ölkələr arasında, həmçinin Nikaraqua, Laos və Boliviya da var və onlar son üç yeri tutublar.