Bakı. Trend:
“Prezident İlham Əliyevə, Birinci vitse-prezident MehribanƏliyevaya və üzərimdə əməyi olan bütün həkimlərə təşəkküredirəm”.
Trend xəbərverir ki, bu fikirləri bu gün "Qafqazda ilk ürək transplantasiyası:Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər"elmi-praktiki dəyirmi masada əməliyyatın icra edildiyi RəşadMəmmədəliyev deyib.
“Əməliyyat uğurla icra edildi, heç bir problemim yoxdur, hərkəsi donorluqdan faydalanmağa çağırıram”, - deyə o əlavə edib.