AZ

İşdən çıxarılan icra başçısını kim əvəz edir?

Prezident İlham Əliyevin yanvarın 30-da imzaladığı sərəncamla Süleyman Mikayılov Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Bəs hazırda İcra Hakimiyyətinə kim rəhbərlik edir?

Bakıvaxı.az Modern.az-a istinadən xəbər verir ki, icra başçısının səlahiyyətləri müvəqqəti olaraq birinci müavin Emil Abbasova keçib.

Xatırladaq ki, icra başçısı vəzifəsindən azad edilən Süleyman Mikayılov 16 il Qaradağ rayonuna rəhbərlik edib.

Seçilən
9
16
bakivaxti.az

10Mənbələr