AZ

Naxçıvanda istehlakçılara 4,1 milyon manat ƏDV məbləği geri qaytarılıb

Pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən təqdim olunan tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin bir hissəsinin geri qaytarılmasını nəzərdə tutan “ƏDV geri al” mexanizminin tətbiqi Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir.

2025-ci il ərzində muxtar respublika üzrə istehlakçılara 1,8 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb ki, bu da 2024-cü illə müqayisədə 25,8 faiz çoxdur. Ümumiyyətlə, layihənin icrası müddətində istehlakçılara qaytarılan məbləğ 4,1 milyon manatdan çox olub.

Yeni nəsil nəzarət-kassa aparatlarından (NKA) istifadənin genişlənməsi hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin gücləndirilməsinə şərait yaradıb. 2025-ci ildə Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 509,8 milyon manatdan artıq olub ki, bu da 2024-cü illə müqayisədə 105,3 milyon manat və ya 26 faiz çoxdur.

Seçilən
10
vergiler.az

1Mənbələr