Xəbər verdiyimiz kimi, artıq bir neçə gündür jurnalist Səidə Bəkirqızı ilə müğənni Rəqsanə İsmayılova arasında qalmaqal yaşanır.
Buna səbəb jurnalistin Rəqsanənin “p” geyimdə etdiyi fotosessiyanı sərt şəkildə tənqid etməsi və “əri hara baxır” kimi ifadələr işlətməsi olub.
Bunun ardınca Rəqsanə İsmayılova sosial şəbəkələrdə aparıcının şəxsi həyatı ilə bağlı iddialar səsləndirib.
R. İsmayılova jurnalistlə bağlı çıxışında etik normalara zidd, şəxsi ləyaqəti alçaldan ifadələr səsləndirib.
Səidə Bəkirqızı isə bu məsələyə görə onu məhkəməyə verəcəyini, təzminat yox, müğənninin həbsini istədiyini və heç bir formada üzrü qəbul etməyəcəyini açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, Səidə Bəkirqizi Hüquq departamentin rəhbəri Elvin Əliyevlə Rəqsanə İsmayılovanın işlətdiyi ifadələrə görə onu hansı hüquqi cəzanın gözlədiyi və ev dustaqlığında olduğu halda necə sərbəst gəzə bilməsini müzakirə edib.
Videonu təqdim edirik:
Xatırladaq ki, müğənni R.İsmayılova ötən ilin yayında iki zərərçəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirməkdə ittiham olunurdu. Bir neçə ay həbsdə qalan müğənni hazırda ev dustaqlığındadır.