AZ

Eksternat imtahanlar bu gün keçirilir

ain.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.

Bu gün eksternlər üçün aralıq imtahanları keçirilir.

Bakupost.az xəbər verir ki, əvvəlki illərdə ümumi təhsil müəssisələrini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydada keçiriləcək imtahanlara sənəd qəbulu artıq yekunlaşıb.

Cari ildə 6 mindən çox şəxs imtahanda iştirak etmək üçün müraciət edib.

Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməmiş şəxslərə bu səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
47
www.bakupost.az

10Mənbələr