Bakı. Trend:
Niderlandın ING bank qrupu “Brent” markalı neft və “Dutch TTF”markalı təbii qazın qiymətləri üzrə 2028-ci ilə qədər olanyenilənmiş proqnozlarını dərc edib.
Trend bu barədəqrupa istinadən xəbər verir.
Analitiklərin qiymətləndirmələrinə görə, 2026-cı ildə “Brent”neftinin orta illik qiyməti bir barel üçün 57 ABŞ dolları, “DutchTTF” təbii qazının qiyməti isə bir meqavat-saat üçün 30 avro təşkiledəcək. 2027-ci ildə isə “Brent” neftinin və “Dutch TTF” təbiiqazının orta illik qiymətlərinin müvafiq olaraq bir barel üçün 62ABŞ dollarına və bir meqavat-saat üçün 26 avroya çatacağıgözlənilir.
Xüsusilə, 2026-cı ilin birinci rübündə “Brent” neftinin qiymətibir barel üçün 58 dollar, ikinci rübdə 56 dollar, üçüncü rübdə 58dollar, dördüncü rübdə isə 54 dollar səviyyəsindəproqnozlaşdırılır. “Dutch TTF” üzrə isə 2026-cı ilin birincirübündə kotirovkaların bir meqavat-saat üçün 33 avro, ikinci rübdə28 avro, üçüncü rübdə 27 avro, dördüncü rübdə isə 30 avro olacağıgözlənilir.
2027-ci ilin birinci rübündə “Brent” neftinin qiymətinin birbarel üçün 58 dollar, ikinci rübdə 60 dollar, üçüncü rübdə 66dollar, dördüncü rübdə isə 63 dollar səviyyəsində olacağıproqnozlaşdırılır. “Dutch TTF” üzrə isə 2027-ci ilin birincirübündə kotirovkaların bir meqavat-saat üçün 27 avro, ikinci rübdə24 avro, üçüncü rübdə 24 avro, dördüncü rübdə isə 27 avro təşkiledəcəyi gözlənilir.