AZ

Həbsdən çıxan kişi həyat yoldaşını baltaladı

Ağdamda kişi həyat yoldaşına balta ilə xəsarət yetirib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Mahrızlı kəndində baş verib.

Kənd sakini Salahov Ceyhun Ağali oğlu həyat yoldaşı Salohova Gülzəndə Abbas qızına çoxsaylı balta zərbəsi ilə xəsarət yetirib.

Hadisə yerinə təcili tibbi yardım əməkdaşları hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Gülzadə Salahovanın vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma başlanıb.

Seçilən
70
4
teleqraf.com

5Mənbələr