AZ

Azərbaycandan yanacaq tədarükünün başlanması Ermənistan bazarını dəstəkləyir – ING

Bakı. Trend:

Azərbaycandan yanacaq tədarükünün başlanması Ermənistan bazarınıdəstəkləyir.

Trend xəbər verir ki, bubarədə Hollandiyanın ING Qrupunun hesabatında deyilir.

"Xarici siyasətin davam edən normallaşması, o cümlədənAzərbaycandan yanacaq tədarükünün bu yaxınlarda başlaması bazarəhval-ruhiyyəsini dəstəkləyir. Biz Ermənistanın 2026-cı il üçünmakroiqtisadi proqnozunu müsbət qiymətləndiririk. Geosiyasi mühitinyaxşılaşması və milli valyutanın sabitliyi 2026-cı ildə inflyasiyadinamikası üçün əlverişli şərait yaradır", - hesabatda qeydedilir.

Xatırladaq ki, 21 oktyabr 2025-ci il tarixində AzərbaycanRespublikasının Prezidenti İlham Əliyev Qazaxıstan RespublikasınınPrezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatındavurğulayıb ki, Azərbaycan işğal dövründən mövcud olan Ermənistanistiqamətində yük tranzitinə dair bütün məhdudiyyətləri aradanqaldırıb və bu marşrut üzrə ilk tranzit yükü QazaxıstanınErmənistana göndərdiyi taxıl partiyası olub.

18 dekabr tarixində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)Ermənistana 1220 ton “Aİ-95” markalı avtomobil benzinigöndərib.

Daha sonra, 9 yanvar 2026-cı il tarixində Ermənistana ümumilikdə2 698 ton yük (48 vaqon) daşınıb ki, bunun 1742 tonu “Aİ-95”markalı benzin, 956 tonu isə dizel yanacağı olub.

11 yanvar tarixində isə 18 vaqondan ibarət qatarla 979 ton"Aİ-92" markalı avtomobil benzini bu ölkəyə göndərilib.

Seçilən
51
4
az.trend.az

6Mənbələr