AZ

"Apple" 2026-cı il üçün görünməmiş yeniliklər vəd etdi

"Apple" 2026-cı ildə bazar üçün yeni məhsul və həllər təqdim etməyi planlaşdırır.

News365.az-ın "MacRumors"a istinadən məlumatına görə, bu açıqlamanı şirkətin baş direktoru Tim Kuk verib.

O bildirib ki, ötən rüb "Apple" üçün uğurlu olub və bu, şirkətin gələcək inkişafına əhəmiyyətli imkanlar yaradıb.

Baş direktor qeyd edib ki, "Apple" gələn ildən sənayedə əvvəllər görünməmiş və istifadəçi təcrübəsinə əhəmiyyətli təsir göstərəcək innovasiyalar təqdim etməyi nəzərdə tutur.

Konkret hansı cihaz və ya xidmətlərin təqdim olunacağı isə hələlik açıqlanmayıb.

Seçilən
15
news365.az

1Mənbələr