AZ

"Ayntraxt" "Sabah"ı mübarizədən kənarlaşdıran məşqçiyə görə nə qədər ödəyəcək? -MƏBLƏĞ

Almaniyanın "Ayntraxt" klubunun komandanın "sükanı arxası"na gətirdiyi Albert Riera üçün Sloveniya "Tsele"sinə hansı məbləğdə təzminat ödəyəcəyi bəlli olub.

Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Florian Plettenberq yayıb.

Məlumata görə, Bundesliqa təmsilçisi qarşı tərəfə 850 min dollar verəcək və "Tsele" müxtəlif bonuslar şəklində daha 350 min dollar qazanmaq imkanına sahib olacaq. Mənbə Rieranın müddəti 2028-ci ilə qədər nəzərdə tutulan müqaviləyə imza atacağını və bazar ertəsi Frankfurt komandasında işə başlayacağını vurğulayıb.

43 yaşlı Riera 2024-cü ildən "Tsele"nin baş məşqçisidir. Rieranın komandası ötən yay Avropa Liqasının 1-ci təsnifat mərhələsində Azərbaycan təmsilçisi "Sabah"ı mübarizədən kənarlaşdırıb - 2:3, 3:3.

"Qarabağ" bu mövsüm Çempionlar Liqasının əsas mərhələsinin 7-ci turunda "Ayntraxt"ı 3:2 hesabı ilə yenib.

Nihat

Seçilən
13
1
fanat.az

2Mənbələr