AZ

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

ain.az, Milli.az portalına istinadən məlumat yayır.

Alessandra Vudun fikrincə, sadəcə moda olduğu üçün alınan əşyalar evi "boz və mənasız" edir.Milli.Az memarın evinə "qırmızı işıq" yandırdığı 11 əşyanı təqdim edir:

1. Dekorativ şüşə bankalar

Bankaları mətbəxdə saxlama qabı kimi istifadə etmək normaldır, lakin onları sabun qabı, vaza və ya çıraq kimi dekorasiya vasitəsinə çevirmək memara görə "həvəskar" görünür. O, daha təbii və heykəltəraşlıq nümunəsi olan obyektlərə üstünlük verir.

2. Boşluq dolduran kütləvi istehsal aksesuarlar

Sırf rəfdəki boşluğu doldurmaq üçün alınan, heç bir mənası olmayan suvenirlərdən qaçın. Memar tövsiyə edir ki, evdə səyahətlərdən qalan və ya şəxsi hekayəsi olan əşyalar sərgilənsin.

3. Stor (jalüz) pərdələr

Memar stor pərdələri soyuq və demode hesab edir. O, evin daha isti və yumşaq görünməsi üçün yerə qədər uzanan parça pərdələri seçir.

4. Açıq paltar asılqanları

Yataq otaqlarında estetik görünsə də, gündəlik həyatda bu asılqanları daima səliqəli saxlamaq çətindir. Memar paltarların qapalı şkaflarda saxlanılmasını daha düzgün hesab edir.

5. Sintetik (Polipropilen) xalçalar

Ucuz və trend naxışlı olsalar da, bu xalçalar tez xarab olur və görünüşünü itirir. Memar yun və ya pambıq tərkibli təbii xalçalara investisiya etməyi təklif edir.

6. Qırmızı-Qara rəng kombinasiyası

Bu iki rəngin bir yerdə istifadəsini çox "zorakı" və "yeniyetmə otağı" ab-havası yaradır. Qırmızı sevənlərə torpaq tonları və ya qızılı-qəhvəyi rəngləri məsləhət görür.

7. Yataq otağı dəstləri

Yataq, tumba və dolabın eyni rəng və dizaynda olduğu "dəst" mebellər evi mağaza vitrini kimi göstərir. Fərqli toxuma və materiallardan olan, bir-birinə uyğunlaşan fərqli parçalar evi daha xüsusi edir.

8. Güzgülü divarlar

Yerdən tavana qədər güzgü ilə örtülmüş divarlar 1980-ci illərin dəbində qalıb. Memar bunun əvəzinə tək parça böyük güzgülərdən istifadə etməyi təklif edir.

9. Süni çiçəklər

Memar süni çiçəkləri "toz yığan obyektlər" adlandırır. Evə enerji qatmaq üçün daima canlı bitkilər və ya təzə çiçəklər seçilməlidir.

10. Tek parça hamam otağı dolabları

Əlüzyuyan və dəzgahın bitişik, tək qəlib olduğu standart dolabları "ruhsuz" adlandırır. Daha şık görünüş üçün təbii daş tezgahlar və ayrı dizaynlı əlüzyuyanlar məsləhətdir.

11. Divar və tavanlardakı naxışlı suvaqlar

Alçıpan üzərinə sonradan əlavə edilən süni naxışlar həm divar kağızı çəkməyi çətinləşdirir, həm də evi vizual olaraq ağırlaşdırır. Hamar səthlər hər zaman daha zamansızdır.Lalə Qüdrətova

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
news.milli.az

2Mənbələr