AZ

ABŞ-də 52 min işçinin ixtisar olunması planlaşdırılır

Bakı. Trend:

Süni intellekt texnologiyalarının genişlənməsi və əməkbazarındakı artımın ləngiməsi fonunda ABŞ-nin iri şirkətləritəxminən 52 min işçini ixtisar etməyi planlaşdırır.

Trend xəbər verirki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.

“Şirkətlər getdikcə daha çox işdən çıxarmaları müzakirə edir vəəmək xərclərini azaltmaq üçün süni intellektdən istifadə etməyəçalışırlar”, – deyə “Goldman Sachs” bankının ABŞ üzrə başiqtisadçısı Devid Merikl bildirib.

Məlumata görə, bir çox aparıcı ABŞ şirkətləri iqtisadiqeyri-müəyyənlik və artan təzyiqlər fonunda işçi qüvvəsiniazaltmağa məcburdur. Eyni zamanda, istehsal və idarəetməproseslərini optimallaşdırmaq məqsədilə süni intellektəinvestisiyalara üstünlük verirlər. Bu təşəbbüs “Amazon”, “Nike”,UPS, “Home Depot” və digər tanınmış şirkətləri əhatə edəcək.

Seçilən
36
3
az.trend.az

4Mənbələr